Rusiyada qeyri-adi təklif - Sirkə getmək...
4 Yanvar 2019 15:29 DünyaRusiyalı deputat həddi-büluğa çatmamış tamaşaçıların sirkə getməsinin qadağan olunmasını təklif edib.
Bu təkliflə Leninqrad vilayətinin qanunverici məclisinin deputatı Vladimir Petrov çıxış edib və ölkənin mədəniyyət naziri Vladimir Medinskiyə müvafiq məzmunlu məktub yollayıb.
Petrov məktubunda qeyd edib ki, Rusiyada heyvanlar sirkdə qəddar davranışa məruz qalırlar ki, bunsuz əhliləşmələri mümkün deyil. Belə tamaşalara baxmaq uşaqların psixikasına mənfi təsir göstərə bilər.(virtualaz.org)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31