Tailanda dağıdıcı Pabuk qasırğası daxil olub
4 Yanvar 2019 15:00 DünyaTailandın sahilyanı kurort bölgələrinə daxil olan Pabuk qasırğası özü ilə leysan yağış və şiddətli külək gətirib. Sahilyanı rayonlarda artıq daşqınlar müşahidə olunur.
Qasırğanın ölkədə böyük dağıntılara səbəb olacağı gözlənilir.
Yaranmış vəziyyətlə əlaqədar risk zonasında olan Ko Samui, Ko Tao və Ko Fanqan adalarından minlərlə sakin və turist təxliyyə edilib. Bir çox rayonlarda elektrik təchizatı kəsilib. Yerli hökumət şənbə gününə kimi bölgə sakinlərini çölə çıxmamağa çağırıb.
Hələlik tropik fırtına kateqoriyasında olan Pabukun son 30 ilin ən dağıdıcı qasırğası olacağı proqnozlaşdırılır.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31