Türkiyədə aviareyslər təxirə salındı

Türkiyənin İstanbul şəhərində güclü qar yağması ilə əlaqədar daxili və beynəlxalq aviareyslər təxirə salınıb.

Kəskin hava həm Atatürk, həm də Sabiha Gökçen hava limanlarında uçuşlara təsir edib.

Qeyd olunur ki, daxili reyslərdən İstanbul-Ərzurum, İstanbul-Giresun, İstanbul-Sinop və İstanbul-İzmir reysləri baş tutmayıb.

Bundan başqa, İstanbul-Saloniki və İstanbul-Koşitse beynəlxalq reysləri təxirə salınıb.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31