Hakan Şükürün atasını 15 ilədək həbs cəzası gözləyir

Türkiyənin tanınmış sabiq futbolçusu və deputatı Hakan Şükürün atası Selmet Şükürü 15 il müddətinə qədər həbs cəzası gözləyir.

Türkiyənin tanınmış sabiq futbolçusu və deputatı Hakan Şükürün atası Selmet Şükürü 15 il müddətinə qədər həbs cəzası gözləyir.

Sakarya Prokurorluğu FETÖ-nün dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində həbs edilən S.Şükür silahlı terror təşkilatına üzv olmaqda ittiham olunur. Onu 7 il 6 aydan 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Məhkəmə prosesi fevralın 5-də başlayacaq.

Qeyd edək ki, S.Şükür 2016-cı ilin avqustunda həbs olunub. H.Şükür və ailəsi isə 2015-ci ilin dekabrında Türkiyədən ABŞ-a gedib. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31