80 erməni əsgər hospitala yerləşdirildi - Ciddi bəla
4 Yanvar 2019 13:49 DünyaErmənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən düşmən ordusunun bölmələrində qışın gəlməsi ilə əlaqədar xəstələrin sayı kəskin surətdə artıb.
Qar yağması və soyuqların düşməsi aclıqdan, şəraitsizlikdən əziyyət çəkən hərbçilər üçün ciddi bəlaya çevrilib.
Yerli KİV-lərdə yer alan xəbərlərdə qeyd olunub ki, son bir neçə gündə soyuqdəymə və yüksək hərarət diaqnozu ilə 79 hərbi qulluqçu Ağdərə hərbi hospitalına yerləşdirilib. Komandirlər və tibb xidməti rəisləri xəstəliklərin yayılmasının qarşısını almağa çalışsalar da, dərman preparatlarının və tibbi ləvazimatların çatışmaması səbəbindən profilaktik tədbirlər görmək mümkün olmur.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31