Ukraynada iki türk qız öldürüldü

Xarkov şəhərində tələbə olan iki türk qızın qaldıqları evdə cəsədləri tapılıb.

Türk tələbələrdən son 3 gündə xəbər olmayıb.

Bundan sonra dostları polisə gedərək qızların yoxa çıxdığını bildirib. Polis qızların yaşadığı evə gəlib və onların cəsədləri ilə qarşılaşıb.

Dünən polisin apardığı araşdırmadan sonra bəlli olub ki, qızlar öldürülüb.

Qeyd edək ki, türk qızlar Xarkov Dövlət Universitetində təhsil alırmış.

Ukrayna mediası xəbər verir ki, öldürülən qızlardan biri hadisədən əvvəl ailəsinə Türkiyə vətəndaşı olan keçmiş dostu tərəfindən izlənildiyini deyib.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31