İmran Xandan Türkiyə açıqlaması: Artıq vaxtdır
4 Yanvar 2019 12:38 DünyaKomandamı özümlə gətirdim, çünki artıq Pakistan və Türkiyənin ticarət həcmini artırmasının vaxtı çatıb.
Bunu Türkiyəyə səfər edən Pakistan Baş naziri İmran Xan bildirib.
İki ölkə arasında ticarət həcminin gözlənilən səviyyəyə gəlmədiyini vurğulayan Xan buna səbəblərdən birinin Türkiyə və Pakistan arasındakı məsafə olduğunu bildirib:
"Məncə, bu problem qarşıdakı illərdə həll ediləcək, çünki Pakistanda çox mühüm bir hadisə baş verir. Bunlardan biri də İpək Yolunun əhəmiyyətinin artmasıdır. Məqsədimiz Pakistanın daha öncə əlaqəsinin olmadığı yerlərlə də əməkdaşlıq qurmasıdır".
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31