PKK türk ordusuna hücum etdi: 1 şəhid, 2 yaralı

PKK terrorçuları türk ordusunun Türkiyə-İran sərhədində - Aralıq mahalında yerləşən postuna hücum edib.

Hücum zamanı raket və yüngül silahlardan istifadə olunub.

Nəticədə türk ordusunun 1 əsgəri şəhid olub, daha 2 əsgər yaralanıb. Yaralılar İqdır Dövlət Xəstəxanasına çatdırılıb.

Ərazidən qaçan terrorçuların məhv edilməsi üçün genişmiqyaslı əməliyyat başladılıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31