Suriyada bir ailənin 11 üzvü bombardıman nəticəsində ölüb

Beynəlxalq koalisiya qüvvələri Suriyanın Deyr-əz-Zor əyalətinin Əş-Şafaə kəndinə hava zərbələri endirib.

Bu barədə SANA agentliyi məlumat yayıb.

Bildirilir ki, bombardıman nəticəsində azı 11 nəfər həyatını itirib. Ölənlərin hamısı bir ailənin üzvləridir.

Bundan əvvəl yayılan məlumata görə, 2014-cü ildən Suriya və İraqda koalisiyanın aviazərbələri nəticəsində 1139 dinc sakin ölüb.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31