Ermənistan Sarqsyanın qohumunun ekstradisiyası üçün Çexiyaya sorğu göndərib
4 Yanvar 2019 12:30 DünyaErmənistan tərəfi sabiq prezident Serj Sarqsyanın dekabrın 6-sı Praqada saxlanılan bacısı oğlu Narek Sarqsyanın ekstradisiyası üçün Çexiyaya sorğu göndərib.
Bunu Ermənistan Baş Prokurorluğunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəriArevik Xaçatryan deyib.
Sarqsyan silah və narkotik saxlamaq, həmçinin fırıldaqçılıq ittihamı ilə əlaqədar cinayət işi çərçivəsində axtarışa verilib. O, ayrıca "adam oğurluğu" maddəsi ilə də ittiham edilir.
"Baş Prokurorluq Sarqsyanın ekstradisiyasına dair sorğunu Çexiyaya dekabrın 28-də göndərib", - deyə Xaçatryan bildirib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31