Konqresmen Trampın impiçmenti haqqında qətnamə irəli sürmək niyyətindədir

Nümayəndələr Palatasının üzvü Bred Şerman yeni çağırış Konqresin ilk iş günündə ABŞ prezidentiDonald Trampın impiçmenti haqqında qətnamə irəli sürməyi planlaşdırır.

Onun sözlərini "Los Angeles Times" nəşri sitat gətirib.

"Konqresin bu layihəyə baxmaması üçün heç bir səbəb yoxdur", - deyə o bildirib.

Konqresmenin sözlərinə görə, Tramp hər gün onun dövlət başçısı postundan getməsinin Amerika üçün faydalı olacağını nümayiş etdirir.

Daha əvvəl Konqresin Nümayəndələr Palatasındakı demokratların lideri Nensi Pelosi Trampın impiçmentini istisna etməyib.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31