Çində "Huawei"in maliyyə direktorunun həbsindən sonra 13 kanadalı saxlanılıb
4 Yanvar 2019 11:41 DünyaÇində dekabrın 1-i "Huawei"in maliyyə direktoru Men Vançjounun Vankuverdə həbsindən bu günə kimi 13 Kanada vətəndaşı saxlanılıb.
Kanada Xarici İşlər Nazirliyinin mətbuat katibi çoxlu sayda ölkə vətəndaşının Çində saxlanılması faktını təsdiq edib.
"Kanadanın Xarici İşlər Nazirliyinə 1 dekabr 2018-ci il tarixindən Çində (Honkonq istisna olmaqla) 13 kanadalının saxlanıldığı məlumdur. Onlardan azı 8-nin azad olunduğunu təsdiq edə bilərik", - deyə mətbuat katibinin məlumatında bildirilir.
Qeyd olunur ki, bunadək ictimaiyyət yalnız 3 nəfərin həbsindən xəbərdar idi.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31