Tramp Barranın baş prokuror postuna namizədliyini rəsmən irəli sürüb

ABŞ prezidenti Donald TrampUilyam Barranın ölkənin baş prokuroru və Ədliyyə Nazirliyinin rəhbəri vəzifələrinə namizədliyini rəsmi olaraq Senatın gündəliyinə daxil edib.

Bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

Reqlamentə görə, Barranın namizədliyini Hüquq Komitəsi, ardınca isə respublikaçıların üstünlük təşkil etdikləri Senatın tam heyəti təsdiq etməlidir.

Komitədə Barranın namizədliyinə 15-16 yanvar tarixlərindəbaxılması nəzərdə tutulub.

Barra bu vəzifəni 1991-93-cü illərdə artıq bir dəfə tutub. 2017-ci ildə bu vəzifəyə təyin olunmuş əvvəlki baş prokuror Ceff Seşns dekabrın 7-də istefaya göndərilib.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31