Bolqarıstanda yeni BMW avtomobillərinin atıldığı anbar tapılıb

Bolqarıstanın Blaqoyevqradşəhərində BMW markalı retro avtomobil modellərinin olduğu atılmış anbar tapılıb.

Anbarda 1994-cü il istehsalı olan 11 ədədE34 kuzovlu "BMW 5 Series" avtomobili aşkar edilib.

Sahibi onları həmin vaxt ölkədə ilk avtomobil icarəsi xidməti təşkil etmək üçün alıb.

Bildirilir ki, bütün avtomobillər yenidir və ideal vəziyyətdədir, çünki son 25 il ərzində konservləşdirilmiş vəziyyətdə olub.

Retro avtomobillərin hərraca çıxarılması planlaşdırılır. Onların ilkin qiyməti 15 min avrodan başlayır.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31