ABŞ və Çin arasında ticarət müzakirələrinin yeni mərhələsinin tarixi məlum olub
ABŞ və Çin nümayəndə heyətlərinin ölkələr arasındakı ticarətin müzakirə ediləcəyi görüşü yanvarın 7-8-də keçiriləcək. Bu barədə Çin Ticarət Nazirliyi bəyanat yayıb.
4 Yanvar 2019 11:32 DünyaABŞ və Çin nümayəndə heyətlərinin ölkələr arasındakı ticarətin müzakirə ediləcəyi görüşü yanvarın 7-8-də keçiriləcək.
Bu barədə Çin Ticarət Nazirliyi bəyanat yayıb.
"Yanvarın 4-də ikitərəfli danışıqlar aparılıb və nəticədə nazir müavininin rəhbərlik edəcəyi ABŞ nümayəndə heyətinin Çinə səfər edəcəyi qərara alınıb. Argentinanda keçirilmiş G-20 sammitində ölkə liderlərinin əldə etdikləri razılaşmalara uyğun olaraq, konstruktiv müzakirələr aparılacaq", - qurumun saytında dərc olunmuş bəyanatda deyilir.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31