ABŞ tarixində ilk dəfə türk əsilli şəxs bələdiyyə sədri seçilib

ABŞ tarixində ilk dəfə türk əsilli şəxs bələdiyyə sədri seçilib. 

Məlumatı Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğu yayıb.

ABŞ-ın hakim Respublikaçılar Partiyasının üzvü olan türk Tayfun Selen Nyu-Cersi ştatının Çatam rayonunun bələdiyyə sədri vəzifəsini tutacaq. O, 2017-ci ildə Çatam Bələdiyyə Komitəsinə üzv seçilib. Yanvarın 3-də komitə üzvləri arasında bələdiyyə sədri seçkisi keçirilib. Səsvermə nəticəsində T.Selen qalib gəlib. 

Qanuna əsasən, yerli sakinlər 3 il fəaliyyət göstərəcək 5 üzvdən ibarət Bələdiyyə Komitəsini seçir. Bələdiyyə sədri isə komitə üzvləri arasından müəyyənləşir.  

Qeyd edək ki, T.Selen ABŞ-ın hakim Respublikaçılar Partiyasının üzvüdür. O. 15 ildir Çatam sakinidir. T.Seleln İstanbul Texniki Universitetinin Memarlıq fakültəsinin bitirib.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31