Nensi Pelosi: "Trampın impiçmenti istisna olunmur"
3 Yanvar 2019 19:18 Dünya"ABŞ Prezidenti Donald Trampın impiçment məsələsi istisna olunmur".
Bunu Demokratlar Partiyasının Konqresin Nümayəndələr palatasındakı qrupunun lideri Nensi Pelosi bildirib.
Ölkə başçısına siyasi səbəblərlə təzyiq göstərilməsinə qarşı çıxan deputatların dediyinə görə, Demokratlar Partiyası Robert Müllerin "Rusiya davası"na dair xüsusi prokurorun məruzəsindən sonra qərar verə biləcək.
Qeyd edək ki, yanvarın 3-dən etibarən N.Pelosi oktyabr ayında keçirilən aralıq seçkilərin nəticəsinə əsasən Nümayəndələr palatasının spikeridir.
Prezident D.Trampın impiçmentdən ciddi çəkindiyi bundan əvvəl də bildirilmişdi.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31