“Yalançı Ruhani, ölüm olsun sənə...” – İranda ara qarışdı

İranın İsfahan şəhərində hakimiyyət əleyhinə mitinq keçirilib.

Nümayişçilər Xorasqan rayonunda əkin yerlərinin suyunun kəsilməsinə etiraz ediblər.

Etirazçılar İran hakimiyyəti əleyhinə "Polis, oğrulara dəstək olma", "Bu günə qədər heç bir millət bu qədər ədalətsizlik görməyib", "Yalançı Ruhani, ölüm olsun sənə", "Biz su haqqımızı istəyirik" kimi şüalar səsləndiriblər.

Nümayişi dağıtmaq istəyən polis qüvvələri havaya odlu silahlardan atəş açıblar.

Kəndli qadınların da, iştirak etdiyi nümayişdə bir neçə nəfər saxlanılıb.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31