Berlin BMT Təhlükəsizlik Şurasına qayıdır

Yeni ilin başlanğıcında AFR iki il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri sırasına qayıdıb.

BMT Təhlükəsizlik Şurasının kreslolarına Almaniya ilə bərabər, Polşa, Cənubi Afrika Respublikası, İndoneziya, Belçika və Dominikan Respublikası da sahib olublar. Bu ölkələr BMT Baş Məclisində səsvermə zamanı səslərin üçdə iki hissəsini toplayıblar.

Təhlükəsizlik Şurasının beş daimi üzvündən fərqli olaraq, onun on qeyri-daimi üzvünün veto hüququ yoxdur.

Xatırladaq ki, daha əvvəl Angela Merkel Avropa İttifaqına Təhlükəsizlik Şurasının daimi statusunun verilməsi, ayrı-ayrı dövlətlərin - Fransanın və Böyük Britaniyanın üzvlüyünün bununla əvəzlənməsi təklifi ilə çıxış etmişdi.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31