Keçmiş nazir müavini ömürlük azadlıqdan məhrum edildi
27 Dekabr 2018 15:30 DünyaÇin dövlət təhlükəsizlik nazirinin keçmiş müavini Ma Cien korrupsiya əməllərinə görə ömürlük azadlıqdan məhrum edilib.
Dekabrın 27-də Dalyan şəhər məhkəməsində sabiq məmurun işi üzrə yekun iclasda onun haqqında irəli sürülmüş ittihamlar sübut olunub. Məhkəmə ömürlük həbs cəzası ilə yanaşı, Ma Cienin bütün siyasi hüquqlardan məhrum edilməsi və şəxsi əmlakının müsadirə olunmasına qərar verib.
Qeyd edək ki, Kommunist Partiyasının intizamını pozduğu üçün Ma Cien haqqında 2015-ci ilin yanvarında təhqiqat başlanmışdı. O, növbəti ilin dekabrında partiya sıralarından və tutduğu vəzifədən uzaqlaşdırılmışdı.(AZƏRTAC)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31