BƏƏ 6 il sonra Suriyadakı səfirliyini təkrar açır

Birləşmiş Ərəb Əmirliyi bu gün Suriyanın paytaxtı Dəməşqdə təkrar öz səfirliyini açır.

Bu barədə xəbəri Əsəd rejiminin Suriya İnformasiya Nazirliyi elan edib.

Nazirlik jurnalistləri açılış mərasiminə dəvət edib, lakin BƏƏ hələ ki, məsələ ilə bağlı hər hansı açıqlama verməyib.

Qeyd edək ki, BƏƏ 6 il əvvəl bu ölkədəki səfirliyini bağlamaq qərarını vermişdi.(qafqazinfo.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31