Xaricə qaçan məmur pulu evdə unutdu

Rusiyanın "Qazprom Promqaz" şirkətinin keçmiş rəhbəri Aleksandr Karaseviç beynəlxalq axtarışa verilib.

Bu barədə qərarı Rusiya İstintaq Komitəsi çıxarıb.

"Mash" telegram-kanalı xəbər verir ki, istintaqın gəldiyi qənaətə görə, Karaseviç regionların qazlaşdırılması layihəsini həyata keçirən zaman 2 milyard rubl (təxminən 30 milyon dollar) vəsaiti mənimsəyib.

Nəticədə, nə regionlarda qaz, nə də ölkədə Aleksandr Karaseviç var.

Maraqlıdır ki, xaricə qaçmış keçmiş məmurun evində kisələrə doldurulmuş 3 milyon avro tapılıb. Karaseviçin Rusiyadan qaçarkən bu pulları unutduğu güman edilir.(virtualaz.org)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31