Xaçaturyan bacıları işində şok detal – Ata öz qızlarını...

Moskvanın Basman rayon məhkəməsi doğma atalarını öldürməkdə təqsirləndirilən Xaçaturyan bacıları ilə bağlı qərarın qəbulunu martın 28-nə təxirə salıb.

Hazırda ev dustaqlığında olan bacılar üç ayrı-ayrı otaqlarda saxlanılır. Onların yalnız vəkil və müstəntiqlə ünsiyyətdə olmaq hüququ var.

Qızların anası, Mixailin keçmiş arvadı Aureliya Dunduk ərinin tiran olduğunu bildirib. Onun sözlərinə görə, ata qızları ələ salıb, təhqir edib, məktəbə buraxmayıb. Oğlunu isə 14 yaşında evdən qovub.

Bu günlərdə qızların vəkili yeni şok fakt açıqlayıb. Belə ki, Mixail Xaçaturyan doğma qızlarını zorlayırmış.

Qeyd edək ki, Xaçaturyan bacıları - Anqelina, Mariya və Kristina bu ilin 27 iyulunda ataları Mixail Xaçaturyanı yatdığı yerdə qətlə yetiriblər. İlk olaraq kiçik bacı Mariya bıçağı götürərək atasına bir neçə zərbə endirib. Qisas əməliyyatına daha sonra böyük bacılar qoşulub. Yaralı Mixail evdən qaçaraq çıxa bilib. Qızlar onu təqib edərək, yenidən ona zərbələr endiriblər və nəticədə Mixail dünyasını dəyişib.

Bacılar həbs olunub, sonra isə ev dustaqlığına buraxılıblar. Onlar Rusiya Cinayət Məcəlləsinin qabaqcadan əlbir olaraq qrup halında cinayət törətmək maddəsi ilə ittiham olunurlar. Bu maddə üzrə maksimum cəza ömürlük azadlıqdan məhrumetmədir.

Ancaq Rusiyada qadınlar ömürlük azadlıqdan məhrum edilmədiyindən onların da bu cəzaya məhkum edilməyəcəkləri gözlənilir. Bununla belə, böyük bacıların 20 il müddətinə azadlıqdan məhrum ediləcəyi ehtimal olunur.

Ekspertizanın rəyinə görə, kiçik bacı cinayət törədərkən anlaqlı vəziyyətdə olmadığı üçün məhkəmə tərəfindən məcburi müalicəyə göndərilə bilər.

Teleqraf.com 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31