Rusiyaya qarşı ABŞ-Ukrayna planı – Sensasiyalı iddia

ABŞ Ukraynanın indiki Prezidenti Petro Poroşenkonu hakimiyyətdə saxlayacaq.

Bu iddia ilə Rusiya Təhlükəsizlik Şurasının başçısı Nikolay Petruşev deyib.

O qeyd edib ki, bu dəstəyin əsas səbəbi Ukrayna-Rusiya sərhədləri də daxil olmaqla, Poroşenkonun bir sıra istiqamətlərdə atılan təxribatçı addımlara dəstək verməsi olub.

Petruşev iddia edir ki, yaxın gələcəkdə bölgədə buna oxşar ssenarilər həyata keçirilə bilər.

Qeyd edək ki, ötən ay Rusiya Hərbi Donanmasının döyüş gəmiləri Azov dənizində Ukrayna gəmilərinə odlu silahdan atəş açıb. Hadisə tərəflər arasında gərginliyi pik həddə qaldırıb.

Baş verən hadisəyə görə Rusiyanı ittiham edən ABŞ isə beynəlxalq ictimaiyyəti Moskvaya qarşı sanksiya tətbiq etməyə çağırıb.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31