Donald Trampın səfərindən sonra ABŞ-ın İraqdakı səfiri hücuma məruz qalıb
27 Dekabr 2018 14:02 DünyaBağdadın "yaşıl bölgəsi"ndə ABŞ səfirliyinin yaxınlığında bir neçə minaatan mərmisi partladılıb.
Rəsmi idarələrdə çalışanların sözlərinə görə, səfirliyin mühafizəçiləri də xəbərdarlıq atəşi açıblar. Bu saatadək səfirlikdən həmin hadisəyə dair hər hansı şərh verilməyib.
Xatırladaq ki, bundan az əvvəl ABŞ Prezidenti Donald Tramp İraqa səfər edərək, bu ölkədə yerləşdirilən amerikalı hərbçilərlə görüşüb. Görüş zamanı dövlət başçısı İraqdan ordu hissələrini çıxartmaq niyyətində olmadıqlarını diqqətə çatdırmışdı.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31