Türkiyədə HDP-li erməni deputatın toxunulmazlığı üzərindən götürülür

Türkiyənin Böyük Millət Məclisində 8 deputatın üzərindən toxunulmazlıqlarının götürülməsi ilə bağlı vəsatət qaldırılıb. Bu barədə türk dilində fəaliyyət göstərən "ermenihaber.am" saytı yazır. Məlumata görə, 8 deputat arasında erməni mənşəli Qaro Paylanın da adı var. Belə ki, Paylan PKK terror təşkilatına aşkar dəstək göstərən kürdyönlümlü HDP-dən millət vəkili seçilib.

Qeyd edək ki, yerdə qalan 7 deputatdan 5-i də HDP-ni təmsil edirlər.

Yerdə qalan iki deputat - Rıza Posac hakim Ədalət və İnkişaf partiyasından, Yüksel Mansur Kılıç isə CHP -dən olan millət vəkilləridirlər ki, onların da toxunulmazlıqlarının götürülməsi ilə bağlı vəsatət irəli sürülüb.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31