Fransada “Sarı jiletlilər” 43 min adamı işsiz qoydu
27 Dekabr 2018 12:42 DünyaFransada "Sarı jiletlilər"in etiraz aksiyalarının başlanmasından bu yana şirkətlərin məruz qaldığı itkilər səbəbindən 43 min insan işsiz qalıb.
Bu barədə Fransanın İqtisadiyyat Nazirliyi informasiya yayıb.
İşsiz qalan bu insanlara görə dövlətə ümumilikdə 28 milyon avro zərər dəyib.
Xatırladaq ki, Fransada etirazlar səbəbindən 280 ticarət mərkəzinə ümumilikdə 2 milyard avro ziyan dəymişdi.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31