Bu, kürd qardaşlarımıza ən böyük böhtandır - AKP
27 Dekabr 2018 12:39 Dünyaİsrailin ədliyyə naziri daha öncə fələstinli anaların öldürülməsi çağırışını edən şəxsdir. Buna görə də belə bir ruhi azğınlıq içərisindədir.
Bunu AKP sözçüsü Ömər Çelik İsrail Ədliyyə naziri Ayaled Şakedin YPG/PKK-nı qorumaq çağırışını şərh edərkən bildirib.
O qeyd edib ki, fələstinli anaların öldürülməsi çağırışını edən birinin PYD/YPG-ni bu şəkildə əziz tutması diqqət çəkir:
"Onun PYD/YPG-ni kürdlərin təmsilçisi kimi göstərməsi Suriyadakı kürd qardaşlarımıza də ən böyük böhtandır. Bu səbəbdən kürd qardaşlarımızın bu məsələdə reallığı daha aydın şəkildə görmələri üçün şərait yaranıb".
Qeyd edək ki, daha öncə İsrail Ədliyyə naziri Ayaled Şaked dünyaya çağırış edərək, YPG/PKK-nı Türkiyədən qorumağı istəyib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31