Bu İŞİD-çilər Türkiyəyə verilir

Heyəti Təhriri-Şam (Keçmiş Nüsrə Cəbhəsi) girov saxladığı İŞİD-çiləri Türkiyəyə təhvil verməyə hazırlaşır.

Bu barədə Livanın "Mayadin" telekanalı məlumat yayıb.

Bildirilib ki, həmin girovlar beynəlxalq axtarışda olanlar siyahısındadır.

Qeyd edək ki, Heyəti-Təhriri-Şam İdlibdə İŞİD-lə qarşıdurmada bir çox terrorçunu öldürüb, bir qismini isə girov götürüb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31