AKP-dən Kılıçdaroğluna Netanyahu cavabı
27 Dekabr 2018 12:26 DünyaBu qədər məsuliyyətsiz, qeyri-ciddi partiya başqanı ola bilərmi? Netanyahu ilə simulyasiya edir, "Sən məni tənqid et, mən səni tənqid edim. Beləliklə, seçkilərdə qalib gələk", deyən biri siyasətdən kənara çıxıb.
Bunu CHP başqanı Kamal Kılıçdaroğlunun Ərdoğan-Netanyahu arasındakı söz atışmasına münasibət bildirməsi barədə danışan AKP sözçüsü Ömər Çelik deyib.
"Artıq bu açıqlamalar siyasət elminin mövzusu olmaqdan çıxıb, bu, psixologiya məsələsidir. Bununla əlaqədar psixoloqlardan şərh almaq daha faydalı olar. Prezidentimiz Netanyahunun o insanları qətlə yetirməsinə qarşı ən güclü mövqe sərgiləyir", - Çelik qeyd edib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31