Yunanıstanda terror: kilsə qarşısında partlayış
Yunanıstanın paytaxtı Afinada yerləşən Müqəddəs Dionisios kilsəsinin qarşısında partlayış baş verib. Bu barədə Yunanıstanın dövlət televiziyası informasiya yayıb.
27 Dekabr 2018 12:10 DünyaYunanıstanın paytaxtı Afinada yerləşən Müqəddəs Dionisios kilsəsinin qarşısında partlayış baş verib.
Bu barədə Yunanıstanın dövlət televiziyası informasiya yayıb.
Kilsənin qarşısında bombanın partladılması nəticəsində bir polis əməkdaşı yaralanıb. Hadisə yerinə təhlükəsizlik və təcili tibbi yardım briqadaları cəlb olunub.
Teraktla bağlı məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31