Türkiyədə qətlə yetirilən səfirin oğlu konsul təyin edilir
Türkiyədə qətlə yetirilən Rusiya səfiri Andrey Karlovun oğlu Bolqarıstanda konsul vəzifəsini daşıyacaq. Bu sözləri Andrey Karlovun həyat yoldaşı Marina Karlov deyib.
21 Dekabr 2018 18:14 DünyaTürkiyədə qətlə yetirilən Rusiya səfiri Andrey Karlovun oğlu Bolqarıstanda konsul vəzifəsini daşıyacaq.
Bu sözləri Andrey Karlovun həyat yoldaşı Marina Karlov deyib.
"2 il əvvəl bu bədbəxt hadisə baş verən zaman Sergey Lavrov mənə bu ifadəni söylədi: "Nə istəyirsiniz, deyin!" Oğlumun bir ildir yollandığı ezamiyyətdən qayıtmasını xahiş etdim. Sözümü dinləyərək, oğlumu qaytardı. Ailəm, nəvələrim mənə dəstək olur. Demək olar ki, hər gün mənimlədirlər. Hazırda Gennadi Karlov Rusiya XİN-in konsulluq departamentində çalışır. Sənəti diplomatdır və harasa göndərilməlidir. O, Bolqarıstanda, mənim ərimin işləməyi arzuladığı ölkədə olacaq. Varnadakı konsulluqda konsul vəzifəsini icra edəcək. Əlbəttə, baş konsul yox, üçüncü və ya dördüncü konsul olacaq. Oğlum gəncdir, qoy işləsin, öyrənsin, böyüyəcək", - Karlova bildirib.