Çin S-400-ün ilk uğurlu sınağını keçirdi

Çin ordusu Rusiyadan alınan S-400 zenit-raket kompleksinin ilk uğurlu sınaq atışlarını həyata keçirib.

TASS informasiya agentliyi xəbər verir ki, kompleks saniyədə 3 kilometr sürətlə uçan ballistik hədəfi 250 kilometr məsafədə vurmağa nail olub.

Çin Rusiyanın S-400 "Triumf" zenit-raket komplekslərini alan ilk xarici ölkədir. Müqaviləyə əsasən, Çinə iki S-400 polk kompleksi çatdırılacaq.

Uzaq məsafəli zenit-raket sistemi olan S-400 Rusiyada silahlanmaya 2007-ci ildə qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulur. Rusiya Hərbi Kosmik Qüvvələri komandanının müavini bildirib ki, S-400 sistemləri üçün yaxın kosmosdakı hədəfləri vura biləcək raketlər də silahlanmaya daxil edilib.(AZƏRTAC)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31