Ruhani Ərdoğanın mövqeyini alqışlayıb
İran prezidenti Həsən Ruhani Türkiyə səfərindən öncə jurnalistlər qarşısında çıxış edərək bu səfərin məqsədləri barədə, Türkiyənin İran üçün əhəmiyyəti və regiondakı əhəmiyyətli mövqeyi haqda müsbət fikirlər səsləndirib. Həsən Ruhani Ankara səfərindən öncə jurnalistlərə İranla Türkiyənin ortaq dəyərləri haqda danışıb.
20 Dekabr 2018 12:45 Dünyaİran prezidenti Həsən Ruhani Türkiyə səfərindən öncə jurnalistlər qarşısında çıxış edərək bu səfərin məqsədləri barədə, Türkiyənin İran üçün əhəmiyyəti və regiondakı əhəmiyyətli mövqeyi haqda müsbət fikirlər səsləndirib. Həsən Ruhani Ankara səfərindən öncə jurnalistlərə İranla Türkiyənin ortaq dəyərləri haqda danışıb.
İranla Türkiyənin ortaq dini dəyərlərinə toxunan Ruhani bildirib ki, Türkiyə bizim üçün regionda təsirə maik olan dost ölkədir və bizim üçün xüsusi əhəmiyyətə malikdir. Həsən Ruhani Türkiyənin və şəxsən Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın İrana qarşı sanksiyalarla bağlı mövqeyini alqışlayıb və deyib: "Ərdoğanın Amerikanın İrana qarşı sanksiyaları ilə bağlı mövqeyi yaxşı və qətiyyətli idi."
İran prezidenti əlavə edib ki, "qonşularımızın çoxu o cümlədən Türkiyə net şəkildə amerikalılara bəyan etdilər ki, öz siyasətini digərlərinə diktə etməyin zamanı bitib. Artıq Amerikanın bu gücü yoxdur ki, minlərlə km uzaqdan bizim bölgə üçün, millətlərin və ölkələrin əlaqələri üçün nüsxə yazsın".
SİA