ABŞ bizə qarşı oynamaqla, özünə qarşı çıxdı - Zaxarova
20 Dekabr 2018 12:41 DünyaABŞ Suriya ilə bağlı Astana formatına qarşı çıxmaqla, özünə qarşı çıxdığını anlamağa başladı.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Vaşinqton öz imicini göstərməyə çalışaraq həmişə Rusiya, Türkiyə və İranın birgə təşəbbüsünə qarşı çıxdı. Məqsədləri Astana formatını tamamilə gözdən salmaq və görüşlərin nəticəsiz olduğunu göstərmək oldu. Ancaq həqiqət budur ki, çox böyük iş gördük, bütün dünya da bunu gördü", - Zaxarova söyləyib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31