Türk ordusu 30 terrorçunu mağaraya sıxışdırdı

Türkiyə Silahlı Qüvvələri Tuncelidə yaxalanan terrorçunun verdiyi ifadə sayəsində 30 terrorçunun gizləndiyi mağaranın yerini müəyyən edib.

Tuncelinin Ovacık bölgəsindəki mağaranın girişi tutulub, içəridə qış üçün xeyli ərzaq və silah-sursat aşkarlanıb.

Mağaranın daxilində uzunluğu 1 kilometrə çatan tunelin olduğu və mağaranın çıxışının uçurum olduğu qeyd olunub. İçəridə terror qruplaşmasının lider heyətinə daxil olan 6 nəfərin, o cümlədən Tunceli bölgəsinə cavabdeh PKK terrorçusunun olduğu müəyyən edilib.

Jandarma xüsusi təyinatlıları hazırda terrorçularla danışıqlar aparsa da, mağaranın darmadağın edilməsi də istisna edilmir.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31