Putin ağır xəstəlikdən əziyyət çəkən uşağın arzusunu yerinə yetirəcək

Rusiya Federasiyasının prezidentiVladimir Putin ağır xəstəlikdən əziyyət çəkən qızın arzusunu yerinə yetirərək ona müsahibə verəcək.

Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Telestudiyada bir qız vardı. O, hətta prezidentdən kiçik müsahibə almaq istəyirdi. Ümid edirik ki, lap tezliklə o, bu müsahibəni alacaq", - deyə Peskov bildirib.

Prezidentin mətbuat katibi qeyd edib ki, Vladimir Putinin uşaqların arzusunu yerinə yetirməsi reytinqlə bağlı deyil. Könüllülər Putinə özlərinin ağır xəstə uşaqların arzusunu yerinə yetirməklə bağlı layihələrini göstəriblər.

Putin həmçinin Peterburqu quş uçuşu yüksəkliyindən görmək istəyən xəstə uşağın da arzusunu yerinə yetirib. Dekabrın 15-də prezident oğlanla və onun yaxınları ilə çay içib. Dövlət başçısı ona hədiyyələr bağışlayıb, sonra isə uşağı şəxsən özünün helikopterinə qədər aparıb.  

Daha əvvəl Rusiya prezidenti Vladimir Putin sələfi Boris Yeltsin tərəfindən bu vəzifə ona təklif ediləndə dövlət başçısı olmaq istəmədiyini, o zaman buna hazır olmadığını deyib.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31