Meksikada cinayətkar qruplaşmaların toqquşması nəticəsində 6 nəfər həlak olub
20 Dekabr 2018 11:30 DünyaMeksikanın Tabasko ştatında boru kəmərlərindən yanacaq oğurluğu ilə məşğul olan iki cinayətkar qruplaşma arasında silahlı toqquşma baş verib.
Uimangilyo bələdiyyəsində iki qruplaşma arasında baş verən atışma nəticəsində 6 nəfər həlak olub.
Hazırda toqquşma baş verən yerdə polis və ordu əməliyyat aparır.
Qeyd edək ki, Meksikada hər il təxminən 20 milyard peso (1 milyard dollara yaxın) dəyərində neft məhsulları oğurlanır.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31