Belçikada təhlükəli kimyəvi istehsalatda yanğın baş verib

Belçikanın Varegem şəhərində təhlükəli kimyəvi istehsalatda yanğın olub.

Yanğın "Matco" şirkətinin istehsalat obyektində baş verib, yerli sakinlərə pəncərələri bağlamaq tövsiyə edilib.

Varegem şəhər administrasiyasının məlumatında deyilir: "Varegem şəhərinin sənaye zonasında "Matco" şirkətinin kimyəvi müəssisəsində yanğın baş verib. Yanğınsöndürmə xidməti pəncərələri və qapıları bağlamağı, obyektdən uzaq durmağı tövsiyə edir".

Məlumata əsasən, istehsalat kompleksinin ərazisində təhlükəli maddələr saxlanılır, bu isə yanğınsöndürənlərin işini çox çətinləşdirir.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31