Məşhur jurnalist üzr istədi və istefa verdi – Şok səbəb
20 Dekabr 2018 11:19 DünyaAlmaniyanın "Der Spiegel" nəşrinin məşhur müxbiri Klaas Relotiusun uydurulmuş müsahibələr hazırladığı ortaya çıxıb.
Kult.az xəbər verir ki, nəşr müxbirinin hazırladığı 60 xəbərdən 14-nün saxta olduğunu açıqlayıb.
Baş verənlərin nəşrin 70 illik tarixi ərzində ən pis hadisələrdən biri olduğunu bildirən "Der Spiegel" uydurma xəbərlərə görə oxucularından üzr istəyib.
2014-cü ildə "ilin jurnalisti" adına layiq görülən Relotiusun faktı təsdiqlədiyi və istefa verdiyi bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31