Avropa İttifaqı İtaliyanın dövlət büdcəsi ilə bağlı razılığa gəlib
19 Dekabr 2018 17:50 Dünya"İtaliyanın 2019-cu ilin dövlət büdcəsilə bağlı Avropa İttifaqı ilə razılaşma əldə olunub".
Bunu Brüssel şəhərində (Belçika) keçirdiyi mətbuat konfransında Aİ-nin avro və sosial dialoq komissarı Valdis Dombrovskis deyib.
Onun sözlərinə görə, bununla da həmin ölkəyə qarşı sanksiyalar məsələsi gündəmdən çıxıb: "Verilən qərar, bəlkə də, mükəmməl deyil, amma büdcə kəsiri ilə bağlı müvafiq prosedurdan qurtulmağa imkan yaradır".
Bundan əvvəl Avropa İttifaqının İtaliyaya qarşı büdcəyə düzəlişlər etməməsi üçün cərimə sanksiyaları tətbiq etmək niyyətində olduğu bildirilmişdi.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31