Güclü qar Rumıniyanın qərb bölgəsini iflic edib

Rumıniyada yağan güclü qar səbəbindən ölkənin qərb bölgəsindəki 14 rayonda və 11 milli yollarda fövqəladə vəziyyət qeydə alınıb.

Güclü qar və külək 260 ağacı sındırıb, 36 avtomobilə ziyan vurub, 4 elektrik dirəyi qırılıb, bir çox evlərə zərər dəyib, 320 yaşayış məntəqəsində elektrik enerjisinin təminatı dayanıb. Karaş-Severin və Timiş bölgələrində xəstəxanaların, su stansiyalarının və digər strateji obyektlərin enerji ilə təminatı üçün 10 ədəd xüsusi konteyner gətirilib.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31