Dünyada ən bahalı çörək İspaniyada 192 avroya satılır

Xuan Manuel Morenonun çörəkxanasında çörək-bulka məmulatının ən eksklüziv növü qızıl pudra ilə örtülmüş dəyirmi formalı çörəkdir. Onun çəkisi 400 qramdır.

Reseptə görə, bu çörək İslandiyadan gətirilmiş təmiz sudan və çörəkçinin özünün hazırladığı mayadan istifadə etməklə bişirilir. "Qızıl" çörəyin qiyməti 192 avrodur. Daha üç çörək növünün tərkibində qiymətli metallardan - qızıl və gümüşdən yeməli pudra var. Bu çörəklər də bahalıdır. Ən ucuzunun qiyməti 98 avrodur.

Bir neçə həftə əvvəl Xuan Manuelin adı "Ruta del Buen Pan 2018"in versiyasına görə ən yaxşı çörəkçilər siyahısına daxil edilib.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31