Moskvanın ümidləri ölür: Onlar Rusiyaya qayıtmır

Rusiya ilə çalışan Almaniya şirkətlərinin 60%-i 2019-cu ildə Rusiyada iqtisadi artımın olacağına inanmır.

Bu nəticə Alman İqtisadiyyatının Şərq Komitəsi (OAOEV) təşkilatı və Rusiya-Almaniya Xarici Ticarət Palatasının keçirdiyi sorğudan sonra ortaya çıxıb. 168 şirkətin iştirak etdiyi sorğuda şirkətlərin 36%-i gələn il rus iqtisadiyyatında durğunluq yaşanacağını bildirib. 23% şirkət isə gələn il ölkə iqtisadiyyatının tənəzzül keçirəcəyinə inandığını açıqlayıb.

OAOEV-in icraçı direktoru Mixail Harms şirkətlərdə belə inamsızlığın Qərbin Rusiyaya qarşı sanksiyalarını gücləndirməsiylə əlaqələndirib. Harmsın fikrincə, inamsızlığa rublun dəyərini itirməsi də təsir edib. O, məhz bunun sayəsində şirkətlərin 70%-nin Rusiyaya yeni investisiya yatırmağı planlaşdırmadığını deyib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31