ABŞ Əsədə şərtini açıqladı: Maddi dəstək istəyirsənsə…
19 Dekabr 2018 18:19 DünyaABŞ-ın Suriyada Əsəd rejimini devirmək kimi bir istəyi yoxdur.
Bu sözləri ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri deyib.
Cefri Əsədin müharibədə qalib gəlmədiyini, ölkədə 100 minə yaxın müxalif döyüşçü olduğunu və Əsəd rejiminin müxaliflərlə razılaşmalı olduğunu bildirib.
"Biz tamamilə fərqli bir rejim görmək istəyirik. Bu rejim dəyişikliyi deyil, Əsəddən qurtulmağa çalışmırıq", - Cefri bildirib.
Suriyanın yenidənqurulması prosesinə toxunan Cefri rejimin müxaliflərlə razılığa cəhd göstərməyəcəyi təqdirdə Qərb dövlətlərinin Suriyanın yenidən qurulmasına maddi dəstək verməyəcəyini qeyd edib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31