Avropa Komissiyası “Sərt Brexit” üçün təcili plan hazırlayıb
19 Dekabr 2018 16:53 Dünya"Avropa Komissiyası Böyük Britaniyanın Avropa İttifaqı (Aİ) üzvlüyündən müvafiq saziş imzalanmadan tərk etməsi ("sərt Brexit") müqabilində görüləcək təcili tədbirlər planını dərc edib".
Bunu Brüssel şəhərində (Belçika) keçirdiyi mətbuat konfransında Aİ-nin avro və sosial dialoq komissarı Valdis Dombrovskis bildirib.
"Böyük Britaniyanın İttifaqdan çıxmasını yumşaltmaq üçün 14 təcili tədbirdən ibarət plan qəbul etmişik", - deyə komissar qeyd edib.
Xatırladaq ki, dekabrın 13-14-də keçirilən Aİ zirvə görüşü zamanı Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker sazişin Böyük Britaniyada təsdiqlənməsilə bağlı çətinlikləri nəzərə alaraq, Aİ-nin "Sərt Brexit" variantına hazırlığı sürətləndirdiyini, yaxın vaxtlarda müvafiq plan dərc etdirəcəklərini bildirmişdi.
Daha əvvəl Böyük Britaniya hökuməti Aİ üzvlüyünü yekun saziş imzalamadantərk etmək üçün hazırlıqları sürətləndirmişdi.
report