İlon Maskdan çılğın layihə
19 Dekabr 2018 16:47 Dünya"Tesla" və "SpaceX" şirkətlərinin qurucusu İlon Mask yeni layihəsinə start verib.
İş adamı "Boring" şirkəti ilə birlikdə çılğın bir layihəyə imza atıb. Mask Los-Anceles şəhərindəki tıxacla mübarizə aparmaq üçün hazırladığı tunelin açılışını edib.
Ötən aylarda alov silahı hazırlayan şirkət sifariş rekordu qırıb və Mask bu dəfə Los-Anceles yollarındakı tıxacı həll etmək üçün hədəflədiyi layihənin açılışını edib. İlk olaraq 10 dekabrda açılacaq olan tunelin açılış mərasimi 1 həftə geciksə də, Maskın olduqca nəşəli olması diqqətdən yayınmayıb.
Tədbirdə 1.8 km uzunluğu olan tuneldə ilk sınaq yürüşü keçirilib. Platforma vasitəsilə tunelə girən "Tesla" markalı avtomobil keçidi uğurla başa vuraraq tunelin digər ucundan çıxıb.
Mask qeyd edib ki, şəhərin bir çox hissəsində belə tunellər inşa etmək istəyir. İşıqfor və virajların olmadığı bir şəraitdə isə tıxacın qarşısının alınacağına inanır.
Ölkə.Az