Kremldən Türkiyə açıqlaması: “Patriot” və S-400 alışı...
19 Dekabr 2018 15:22 DünyaTürkiyəyə ABŞ istehsalı raket əleyhinə müdafiə sistemlərinin satılması və Rusiya istehsalı S-400 sistemlərinin çatdırılması bir-biri ilə əlaqəli proseslər deyil. S-400 razılaşmasının həyata keçirilməsi prosesi davam etdiriləcək.
Bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Bunlar əlaqəli proseslər deyil, hazırda biz türk həmkarlarımızla artıq bağlanmış olan müqavilələrin icrasını həyata keçiririk. Siz bilirsiniz ki, S-400 müqavilə və layihəsi həyata keçirilmə mərhələsindədir və bu proses davam etdiriləcək", - Peskov bildirib.
Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin Müdafiə Əməkdaşlığı və Təhlükəsizliyi İdarəsinin yaydığı məlumata görə ABŞ Türkiyəyə ümumi dəyəri 3,5 milyard dollar olan "Patriot" zenit raket sistemlərinin satılması haqqında qərar qəbul edib.
axar.az