Ərdoğan və Baxçalı “27+3” formulunda razılaşdı

Cümhur İttifaqının Türkiyənin 30 böyük şəhərində hansı partiyanın namizədini dəstəkləyəcəyi bəlli olub.

İttifaq böyük şəhərlərin 27-də AKP, 3-də isə MHP-nin namizədini dəstəkləməyi qərara alıb.

Namizədlərin dəqiqləşdirilməsi məsələsi AKP-dən Məhməd Özhaseki və MHP-dən Sadir Durmaza tapşırılıb.

Ankara, İstanbul və İzmirdə namizəd irəli sürməyəcəyini açıqlayan MHP Dənizli, Ərzurum və Aydında adaylarını geri çəkib. MHP-nin bələdiyyə rəhbərliyində təmsil olunduğu Adana, Manisa və Mersində isə AKP namizəd irəli sürməyəcək və MHP-nin namizədini dəstəkləyəcək.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31