Türkiyədə 380 il sonra bir ilk: IV Murad və Ərdoğan ...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Osmanlının qüdrətli sultanı IV Muraddan sonra Mövlanə Cəlaləddin Ruminin əsl qəbrini görən ilk dövlət başçısı olub.

Bu barədə "Xəbərtürk" yazarı Murad Bardaqçı yazıb.

"Əvvəlki gün "Şəb-i Arus", yəni Mövlanənin vəfatının 745-ci ildönümü idi. Prezident Ərdoğan və yüksəkçinli dövlət rəsmiləri bu münasibətlə Konyaya getdilər. Konyada toplantılar keçirildi. Jurnalistlər və televiziyalar Ərdoğanın Konyadakı çıxışlarına yer versə də, mənim diqqətimi Ərdoğanın Mövlanə muzeyində çəkilmiş fotosu cəlb etdi. Foto ilk dəfə yayımlanırdı. Rəcəb Tayyib Ərdoğandan əvvəl başqa bir dövlət başçısı buranı sonuncu dəfə 1638-ci ildə, yəni bundan 380 il əvvəl görmüşdü. Bu 17-ci əsrin məşhur hökmdarı IV Murad idi", - Bardaqçı bildirib.

AXAR.AZ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31